Xəbərlər  l  Qəbul Olunmuş Sənədlər  l  Yazılar  l  Diaspor Təşkilatları  l  Video Download  l  Foto Qalereya  l  Əlaqə  l  Ana Səhifə
Xocavənd 18.02.1992
Xocalı 26.02.1992
Şuşa 08.05.1992
Laçın 17-18.05.1992
Kəlbəcər 03-06.04.1993
Ağdərə 17.06.1993
Ağdam 23.07.1993
Cəbrayıl 18.08.1993
Füzuli 23.08.1993
Qubadlı 30-31.08.1993
Zəngilan 29-30.10.1993

tarixlərində erməni teroristləri tərəfindən işğal edilmişdir.



HAQQIMIZDA MƏTBUATDA


AVROPA və ASİYANIN 43 ÖLKƏSİ İRANDAN URANI ZƏNGİNLƏŞDİRMƏYİ DAYANDIRMAĞI TƏLƏB EDİR
2007-05-30 - 13:54:00

Mayın 29-da Almaniyanın Hamburq şəhərində Avropa və Asiyanın 43 ölkəsinin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən sammitdə İran hökumətindən uranı zənginləşdirməyi dayandırmaq tələb olunub. Sammitdə iştirak edən ölkələrin xarici işlər nazirləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranın nüvə fəaliyyəti ilə bağlı yaydığı son hesabatından narahat olduqlarını bildiriblər.

MAQATE-nin baş direktoru Məhəmməd əl-Baradeyinin açıqladığı hesabatda İranın 3-8 ilə nüvə silahı istehsal etməyə qadir olacağı vurğulanıb. Avropa və Asiya ölkələrinin xarici işlər nazirləri İrandan nüvə fəaliyyətinin dinc xarakter daşıdığını sübuta yetirmək üçün MAQATE ekspertləri ilə hərtərəfli əməkdaşlıq etməyi tələb ediblər.

BMT Təhlükəsizlik Şurası İrana uranı zənginləşdirməyi dayandırmaq və dialoqa başlamaq üçün iki dəfə 60 günlük vaxt vermişdi. İkinci dəfə verilən 60 günlük vaxt ötən həftə başa çatıb. Lakin MAQATE baş direktorunun BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda bildirilir ki, İran bu müddətdə nəinki uranı zənginləşdirməyi dayandırmayıb, əksinə, sözügedən sahədə fəaliyyətini genişləndirib.

ABŞ və Avropa ölkələrinin xarici işlər nazirləri bəyan ediblər ki, BMT Təhlükəsizlik Şurasının tələblərini yerinə yetirməsə, İrana qarşı daha geniş və daha sərt sanksiyalar tətbiq olunacaq.




GUNAZTV  Azad Tribun

Radio Azerbaycan