1. Təşkilat şöbəsi
- Təşkilata üzv qəbul olunmalası üçün iş aparılması
- Təşkilat üzvlüyünə qəbul olunmaq istəyində olanların təqdimatının hazırlanması
- Təşkilat üzvlərinin sənədlərinin rəsmiləşdirilməsi və arxivləşdirilməsi
- Müxtəlif ölkələrdə nümayədəliklər yaradılması
- Müşavirələr, konfranslar, forumlar, qurultaylar keçirilməsı
- Təşkilatın strukturlarının yaradılması və onların əlaqələndirilməsı
- Təşkilat üzvlərinin əlaqələndirilməsi
2. Mətbuat xidməti
- Mətbuatla əlaqə qurulması
- Təşkilatın fəaliyyəti barədə məlumat yayilması
- Təşkilat rəhbərliyinin və üzvlərinin mətbuat konfranslarının təşkil edilməsi
- Təşkilat adından verilən bəyanatların yayılması
- Təşkilatın mənafeyinin mətbuatda müdafiə edılməsı
- Müstəqil olaraq hər hansı hadisəyə münasibət bildirilməsi
3. Elm, təhsil və mədəniyyət şöbəsi
- Soydaşlarımız yaşayan ölkələrdə Azərbaycan türkcəsinin tədrisinin təşkil olunması
- Azərbaycan diaspor tarixinin araşdırılması
- Ölkəmizin tarixi ilə bağlı dünya arxivlərində araşdırma aparılması
- Xarici ölkələrdə milli sənətkarlarımızın konsertlərinin, teatr tamaşalarının, rəssamlarımızın sərgilərinin təşkil edilməsi
- Təşkilatın və diasporun fəaliyyəti ilə bağlı elmi yazılar hazırlanması
- Təşkilatın məramına uyğun yazılmış məqalələr, kitablar, çəkilmiş filmlərın araşdırılması və onların mükafatlandırmaya təqdim olunması
- Təşkilat üzvlərinin maarifləndirilməsinə yardım edilməsi
- Elmi potensialın artırılmasına yardım edilməsi
4. Maliyə və təchizat
- Təşkilatın problemlərinin həlli məqsədi ilə maliyə qaynaqları tapılması
- Muxtəlif məqsədlər üçün maliyə fondlarının yaradılması
- Təşkilatın məramına uyğun yazılmış məqalələr, kitablar, çəkilmiş filmlər və s. müəlliflərinin mukafatlandırılması üçün vəsait tapılması
- Müxtəlif ölkələrdə yaradılmış nümayəndəliklərin təchiz olunması
- Təşkilatın nizamnaməsinə uyğun fəaliyyət növlərinin yaradılması
- Təşkilatın məramına uyğun layihələr hazırlayıb donor təşkilatlara təqdim edilməsi
- Təşkilatın büdcəsinə daxil olan vəsaitin xərclənmə istiqamətlərinin müəyyən edilməsi
5. Təbliğat, informasiya və statistika
- Məramnaməyə uyğun olaraq ölkəmizin və təşkilatın təbliğatının aparılması məqsədi ilə sənədlər hazırlanması
- Dünya ictimaiyətinə, beynəlxalq təşkilatlara, ölkə parlamentlərinə və dövlət orqanlarına problemlərimizi çatdırmaq üçün vaxtaşırı sənədlər hazırlanması
- Dünyada yaşayan Azərbaycanlıların statistik məlumat bankını yaradılması
- Yaşadıqları ölkələrin yerli, parlament və idarə etmə orqanlarında yer tutmaq istəyi olan soydaşlarımızın seçki təbliğatına yardım göstərilməsi
- Təşkilatın informasiya və təbliğat vasitələrinin yaradılması
- Təşkilat üzvlərinin statistikasının aparılması
- İnternet saytına və internet qruplarına nəzarət edilməsi
- Diasporumuzun fəallaşması yönündə təbliğat aparılması
6. Hüquq şöbəsi
- Azərbaycanlıların və Azərbaycanın problemlərinin hüquqi cəhətdən araşdırılması
- Təşkilata və soydaşlarımıza hüquqi yardım göstərilməsi
- Yaşadıqları ölkələrin yerli, parlament və idarəetmə orqanlarında yer tutmaq istəyi olan soydaşlarımıza hüquqi yardım göstərilməsi
7. Muhacirlərlə iş şöbəsi
- Xaricdə yaşayan muhacir soydaşlarımızla yaxın əlaqələr qurulması,
- Muhacir soydaşlarımıza hüquqi, maddi və mənəvi yardım göstərilməsi
- Soydaşlarımızın Azərbaycan məsələsinə cəlb edilməsi
- Soydaşlarımızın inteqrasiyasina yardım olunması
- Soydaşlarımızın problemləri ilə bağlı tədqiqatlar aparılması
- Muhacir bürolarının yaradılması
- Azərbaycan varlığının yaşaması üçün soydaşlarımızla iş aparılması
- Muhacir soydaşlarımızın ictimai-siyasi proseslərdə aktivliyinə nail olunması, onların təşkilatlanmasına yardım edilməsi
- Ölkəmizin və millətimizin imicinə xələl vura biləcək addımlar atan muhacir soydaşlarımızla izahat işləri aparılması
8. Gənclər komitəsi
- Xaricdə yaşayan gənclərlə əlaqə qurulması
- Xaricdə yaşayan gənclər arasında təşkilatın istəklərinin təbliğ oluması, problemlərimizin gənclərə çatdırılması
- Xaricdə yaşayan gənclərın təşkilatlarımıza cəlb olunması
- Xaricdə yaşayan gənclərin təşkilatlanması və diaspor işinə cəlb olunması
- Xaricdə yaşayan gənclər arasında işbirliyinin təmin olunması
- Gənclərin ictimai-siyasi proseslərdə aktivliyinə nail olunması
- Xaricdə yaşayan gənclərin Azərbaycana marağının artırılması
- Gənclər üçün görüşlərin, konfransların, forumların keçirilməsi
- Gənclərin təhsilə marağının artırılması
- Başqa ölkələrin gənclər təşkilatları ilə əlaqələr qurulması
9. Qadın hüquqlarının müdafiəsi bölümü
- Dünyanın harasında yaşamasından asılı olmayaraq hər hansı zorakılığa məruz qalmış qadınların hüquqlarının müdafiə edilməsi
- Xaricdə yaşayan qadın soydaşlarla əlaqə qurulması
- Xaricdə yaşayan qadınlar arasında təşkilatın istəklərinin təbliğ oluması və problemlərimizin onlara çatdırılması
- Xaricdə yaşayan qadınların təşkilatlarımıza cəlb olunması
- Xaricdə yaşayan qadınların təşkilatlanması və diaspor işinə cəlb olunması
- Xaricdə yaşayan qadınlar arasında işbirliyinin təmin olunması
- Xaricdə yaşayan qadınların Azərbaycana marağının artırılması, onların ictimai-siyasi proseslərdə aktivliyinə nail olunması
- Qadınlar üçün görüşlərin, konfransların, forumların keçirilməsi
- Problemlərimizi dünyaya çatdirmaq üçün başqa ölkələrin qadın təşkilatları ilə əlaqələr qurulması
10. İnsan haqları komitəsi
- Problemlərimizlə bağlı sənədlər hazırlayıb ınsan haqları ilə məşğul olan təşkilatlara təqdim edilməsi
- Beynəlxalq təşkilatların problemlərimizin həllinə cəlb olunması
- Soydaşlarımız arasında insan haqları ilə bağlı izahat işləri aparılması
- İnsan haqları ilə bağlı müxtəlif tipli tədbirlər keçirilmısi
- Soydaşlarımızın insan haqlarının qorunması
11. Güney Azərbaycan komitəsi
- Güney Azərbaycanda yaşayan soydaşlarımızın problemlərinin öyrənilməsi və həlli yollarının araşdırılması
- Beynəlxalq təşkilatların problemlərimizin həllinə cəlb olunması
- Güney Azərbaycan problemləri ilə bağlı beynəlxalq təşkilatların məlumatlandırılması
- Güney Azərbaycanda tarixi abidələrimizin qorunması vəziyyəti barədə araşdirmalar aparılması və abidələrimizin qorunması üçün YUNESKO ilə işbirliyi aparılması
- Azərbaycan varlığının yaşaması üçün soydaşlarımızla iş aparılması
- Güney Azərbaycanda yaşayan soydaşlarımızın ictimai-siyasi proseslərdə aktivliyinə nail olunması, onların təşkilatlanmasına yardım edilməsi
- Güney Azərbaycanda yaşayan soydaşlarımızın yaratmış olduqları təşkilatlarla əlaqələr qurulması, onların təşkilatımıza üzvlüyə cəlb olunması
12. Borçalıda yaşayan soydaşlarımızla əlaqələr komitəsi
- Borçalıda və eləcə də, Gürcüstan Respublikasının digər yerlərində yaşayan soydaşlarımızla görüşlərin təşkil olunması
- Borçalıda və eləcə də, Gürcüstan Respublikasının digər yerlərində yaşayan soydaşlarımızın problemləri öyrənilməsi və həlli yollarının araşdırılması
- Onların problemləri ilə bağlı beynəlxalq təşkilatlara vaxtaşırı məlumat hazırlanması
- Borçalıda və eləcə də, Gürcüstan Respublikasının digər yerlərində tarixi abidələrimizin qorunması vəziyyəti barədə araşdirmalar və abidələrimizin qorunması üçün YUNESKO ilə işbirliyi aparılması
- Azərbaycan varlığının yaşaması üçün soydaşlarımızla iş aparılması
- Gürcüstanda yaşayan soydaşlarımızın ictimai-siyasi proseslərdə aktivliyinə nail olunması, onların təşkilatlanmasına yardım edilməsi
- Gürcüstanda yaşayan soydaşlarımızın yaratmış olduqları təşkilatlarla əlaqələr qurulması, onların təşkilatımıza üzvlüyə cəlb olunması
13. Dağıstanda yaşayan soydaşlarımızla əlaqələr komitəsi
- Dağıstanda yaşayan soydaşlarımızla görüşlərin təşkil olunması
- Dağıstanda yaşayan soydaşlarımızın problemlərinin öyrənilməsi və həlli yollarının araşdırılması
- Dağıstanda yaşayan soydaşlarımızın problemləri ilə bağlı beynəlxalq təşkilatlara məlumat hazırlanması
- Dağıstanda tarixi abidələrimizin qorunması vəziyyəti barədə araşdirmalar aparılması və abidələrimizin qorunması üçün YUNESKO ilə işbirliyi aparılması
- Azərbaycan varlığının yaşaması üçün soydaşlarımızla iş aparılması
- Dağıstanda yaşayan soydaşlarımızın ictimai-siyasi proseslərdə aktivliyinə nail olunması, onların təşkilatlanmasına yardım edilməsi
- Dağıstanda yaşayan soydaşlarımızın yaratmış olduqları təşkilatlarla əlaqələr qurulması, onların təşkilatımıza üzvlüyə cəlb olunması
14. Qərbi azərbaycanlıların problemlərini araşdırma komitəsi
- Qərbi Azərbaycan torpaqları ilə bağlı tarixi araşdırmalar aparılması
- Qərbi azərbaycanlıların problemlərinin araşdırılması
- Qərbi azərbaycanlıların problemləri və onların əzəli torpaqlarına qaytarılması üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılması
- Qərbi azərbaycanlıların yaratmış olduqları təşkilatlarla işbirliyi və onların təşkilatımıza üzvlüyə cəlb olunması
- Qərbi Azərbaycandakı tarixi abidələrimizin vəziyyəti ilə bağlı YUNESKO qarşısında məsələ qaldırılması
15. “Qarabağ” komitəsi
- Qarabağın əzəli Azərbaycan torpaqları olmasını tarixi faktlarla sübut etmək
- Qaçqınların öz yurdlarına qaytarılması üçün iş aparılması
- Qaçqınlarla görüşlər keçirilməsi
- Qaçqınların vəziyyəti ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılması
- Qaçqınların güzəranının yaxşılaşması üçün Azərbaycan hakimiyyəti ilə iş aparılması
- Qarabağın qədim Azərbaycan torpağı olmasını beynəlxalq ictimaiyyətə sübut etmək üçün xarici ölkələrdə davamlı olaraq “Qarabağ mədəniyəti günləri” keçirilməsi
- Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə tarixi abidələrimizin vəziyyəti barədə araşdirmalar və abidələrimizin qorunması üçün YUNESKO ilə işbirliyi aparılması
16. Bölgə Nümayəndəlikləri və Bölgə Təşkilatları
- Təşkilata üzvlər cəlb edilməsi
- Təşkilatın həmin ölkələrdə layiqincə təmsil olunması
- Problemlərimizin yaşadıqları ölkə ictimaiyyətinə, dövlət strukturlarına və beynəlxalq təşkilatlara çatdırılması
- Aksiyalar keçirilməsi
- Təşkilatın qurultayına nümayəndələr seçilməsi
- Yaşadıqları ölkələrdə soydaşlarımızın ictimai-siyasi proseslərdə aktivliyinə nail olunması, onların təşkilatlanmasına yardım göstərilməsi
17. Tərcümə bölməsi
- Beynəlxalq təşkilatlara və digər orqanlara göndəriləcək sənədlərin tərcüməsi
- Kitab, qəzet və jurnalların başqa dillərə tərcüməsi
- Xəbər və informasiyaların tərcüməsi
- Təşkilatımız, ölkəmiz və problemlərimizlə bağlı başqa dillərdə olan qəzet materialları, eləcə də digər informasiyaların Azərbaycan türkcəsinə tərcüməsi
- Təşkilata lazım olan digər sənədlərin tərcüməsi
|