Əziz soydaşlar, dəyərli həmvətənlər!
Demokratik Dünya Azərbaycanlıları Konqresi (qısaca-Demokratik DAK) milli problemlərimizin dünya ictimaiyyətinə və beynəlxalq qurumlara çatdırılması üçün yaradılmış ilk ictimai təşkilatlarımızdandır.
1997 ildə Dünya Azərbaycanlıları Konqresi(DAK) adı ilə ABŞ-da yaradılmış bu təşkilat qarşısına qoyduğu məqsədlərə çatmaq üçün çətin, lakin şərəfli bir yol keçmişdir. Azərbaycan diasporunu milli problemlərimizin həlli yönündə təşkilatlandırmaq məqsədi ilə, hər il, millətimiz üçün əhəmiyyətli olan ölkələrdə öz qurultaylarını keçirən DAK, 2006 il iyun ayının 24-25-də İsveçin baş kəndi Stokholmda düzənlənən növbəti qurultayından başlayaraq yeni təşkilatlanma mərhələsinə qədəm qoymuşdur.
Məhz bu qurultayda DAK öz adında dəyişiklik edərək, bundan sonra “Demokratik DAK” adı ilə fəaliyyət göstərməyə qərar vermişdir.
Demokratik DAK müstəqil bir təşkilatdır, heç bir dövlətə və ya hakimiyyətə bağlı deyildir. Təşkilatda idarəetmə sistemi kollegialdir, demokratikdir, təkbaşına kiminsə qərar verməsi mümkün deyil və yolverilməzdir. Rəhbər orqanların seçilməsi demokratik şəkildə qurultay tərəfindən həyata keçirilir. Məhz buna gorə də, kimsənin təşkilatda hakimiyyəti mənimsəməsi mümkünsüzdür. Təşkilatda bütün mübarizə yalnız məramnamə məqsədlərinin həyata keçirilməsinə yönəlmişdir.
Məramnamə məqsədlərimiz isə, millətimizi azad görmək, insan haqlarının qorunmasına, milli haqlarımizin bərpasına və işğal altında olan torpaqlarımızın hər qarışının yağılardan azad olunmasına çalışmaq, 50 milyonluq toplumu olan Azərbaycanımızın bütövləşməsi üğrunda mübariz olmaq, dövlətçiliyimizin qüdrətlənməsi naminə əlimizdən gələni etmək, Azərbaycanda demokratiyanın gəlişməsinə nail olmaq, ölkəmizi və millətimizi layiqincə dünyada təmsil etmək və tanıtmaqdır.
Bunun üçün yeganə bir yol vardır, o da bir yumruq kimi birləşərək təşkilatlanmağımızdır. Bütün dünya üzrə doğru-düzgün təşkilatlana bilsək, o zaman məqsədlərimizə daha tez çatacağımıza inanırıq.
Elə buna görə də, təşkilatlanmağımız üçün əsas istəklərimizdən biri soydaşlarımız yaşayan bütün ölkələrdə rəsmi üzvlərimizin, bölgə nümayəndəliklərimizin və bölgə təşkilatlarımızın olmasıdır.
Sevgili vətən övladları!
İnformasiya blokadasını bütün gücümüzlə yarmaq üçün müxtəlif ölkələrdə yaşayan dəyərli həmvətənlərimizə, sizlərə və sizlərin yaratmış olduğunuz təşkilatların birliyinə çox ehtiyacımız vardır. Birgə olmağımız güclü olmağımız deməkdir.
Demokratik DAK-a üzvlük fərdi və ya kollektiv ola bilər.
Dünyanın bütün ölkələrində yaşayan həmvətənlərimizi ümumi problemlərimizin həlli naminə bir araya gətirmək istəyi ilə Siz əziz soydaşlarımızı təşkilatımıza üzv olmağa dəvət edirik. Üzv olmaq üçün www.ddak.biz saytında yerləşdirilmiş nizamnamə və məramnaməmizlə tanış olmalı, yalnız onları qəbul etdikdən sonra, fərd olaraq, burada yerləşdirilmiş ərizə və anket blanklarıni doldurub, kollektiv üzv olmaq istəyənlər isə, təşkilatının bu haqda qərarını və öz nizamnamələrinin surətini elektron və ya adi poçtla bizə göndərmələri lazımdır. Sənədləriniz bizə daxil olduqdan sonra ayda bir dəfə keçirilən İdarə Heyətinin toplantısında Sizin müraciətinizə baxılacaqdır. Müraciətinizə İdarə Heyəti tərəfindən müsbət cavab verilərsə, Siz müraciət etdiyiniz gündən etibarən Demokratik DAK təşkilatının üzvü hesab olunursunuz. Bundan sonra, Sizə təşkilatın üzvlük vəsiqəsi göndəriləcəkdir.
Təşkilatlanma işlərində istifadə olunması üçün müxtəlif ölkələr üzrə cüzi illik üzvlük haqqı da nəzərdə tutulmuşdur.
Sizləri öz sıralarımızda görməkdən cox şad olacağıq.
Millətimizi azad, ölkəmizi firavan, övladlarımızı xoşbəxt görmək üçün gəlin birlikdə olaq!
Üzv olmaq istəyirsinzsə, gecikmədən, Demokratik DAK-ın yerli təşkilatlarına, təşkilat şöbəsinə və ya birbaşa təşkilat məsuluna müraciət edə bilərsiniz.
Əlaqə E.Maillərimiz:
teymureminbeyli@yahoo.com
teymureminbeyli@gmail.com
Telefon:
0046707760303
Demokratik DAK İdarə Heyəti
|